Axşam saatlarında bazarlarda bu məhsullar ucuz satılır - CƏDVƏL
Bakıda və bölgələrdə yerləşən bazarlarda axşam saatlarında meyvə-tərəvəz məhsulları ucuzlaşır.
meqale.com day.az-a istinadla xəbər verir ki, ucuzlaşma əsasən minimum 20-30 qəpik, maksimum isə 1 manatadək olur. Satıcılar bildirirlər ki, meyvə-tərəvəz almaq üçün axşam saatlarını gözləyən müştərilər var.
Həm satıcılar, həm də alıcılar təsdiqləyirlər ki, məhsullar gündüzə nisbətən axşam saatlarında daha ucuz satılır. Satıcılar artıq qalan məhsulları evə aparmaq əvəzinə, bir qədər ucuz qiymətə müştərilərə satmağı üstün tuturlar.
Ucuzlaşmanın müşahidə olunduğu bəzi məhsulların qiymətləri belədir (1 kq üçün):
Beləliklə, bazarda axşam saatlarında meyvə və tərəvəz məhsullarını daha ucuz qiymətə almaq mümkündür, lakin təravətinin qorunması üçün mütəxəssislər səhər və günorta saatlarını üstün tutmağı məsləhət görürlər.