Avtobusun yanması 25 nəfərin ölümünə səbəb oldu

Hindistanın Maharaştra ştatında avtobus yanıb.

Avtobusun yanması 25 nəfərin ölümünə səbəb oldu
Hindistanın Maharaştra ştatında avtobus yanıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Agentliyin polisə istinadən verdiyi məlumata görə, avtobusda 32 nəfər olub və hadisə nəticəsində onlardan 25-i ölüb.

Avtobus Yavatmal şəhərindən Pune şəhərinə gedirmiş.

Hadisənin səbəbi hələlik məlum deyil.