Atası “Nikosayağı”nın son durumundan DANIŞDI: “Oğlumun işini çətinləşdirirlər...”
Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib.
meqale.com News24.az-a istinadən xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oxuya açıqlamasında oğlunun hazırda evdə müalicələrinə davam etdiyini bildirib:
"Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir".
N.Mütəllimov mediaya açıqlamaya ehtiyac olmadığını vurğulayıb:
"Mediaya açıqlamaya ehtiyac olmadığını düşünürəm. Bu, Nicatın işini daha da çətinləşdirir. Yazanda problemlər təzələnir. Ona ziyandır".
Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Onun qolu amputasiya olunub.