"Arxamda heçkim yoxdur” - İbrahim Tatlısesin qızı

"Survivor" yarışmasında iştirak edən Dilan Çıtak uzun müddətdir gərgin münasibətdə olduğu atası İbrahim Tatlısesə eyham vurub.

"Survivor" yarışmasında iştirak edən Dilan Çıtak uzun müddətdir gərgin münasibətdə olduğu atası İbrahim Tatlısesə eyham vurub.

meqale.com xəbər verir ki, Çıtak atasının adını çəkmədən bildirib ki, insanlar onun uğurunu arxasında kiminsə dəstəyi ilə əlaqələndirirlər, amma əslində o, layiq olduğu yerə gələ bilməyib.

Dilan sözlərinə belə davam edib: "Mən Amerikan pop musiqisi üzərində uğur qazanırdım, İngiliscə mahnılar oxuyurdum. Son 4-5 ildir türk dilində mahnılar ifa edirəm. Öz adımı ön plana çıxarmaq və mənə aid olmayan kimlikdən qurtulmaq üçün mübarizə aparıram. Digər müğənnilər isə bu cür mübarizə aparmırlar. Mənim iki sahədə mübarizəm var və bu səbəbdən bir az geridə qalıram. Amma mən Dilan Çıtakayayam və Dilan Çıtak olaraq böyümüşəm"

Qeyd edək ki, Dilan Çıtak bir müddət əvvəl də atasının kölgəsində qalmaqdan, belə xatırlanmaqdan bezdiyini bildirərək üsyan etmişdi.