Artıq iPhone ilə istəsəniz də "nude" çəkə bilməyəcəksiniz

Böyük Britaniya hökuməti Apple və Google şirkətlərinə yeni tələblər qoymağa hazırlaşır.

Artıq iPhone ilə istəsəniz də
Böyük Britaniya hökuməti Apple və Google şirkətlərinə yeni tələblər qoymağa hazırlaşır.

meqale.com xəbər verir ki, bu tələblərə görə telefonların əməliyyat sistemlərində çılpaq görüntüləri tanıyan filtrlər olmalıdır.

Məqsəd uşaqların və yetkinlik yaşına çatmayanların intim şəkil və videolar çəkməsinin və yaymasının qarşısını almaqdır. Hökumət bununla uşaqları zərərli məzmundan qorumağı planlaşdırır.

Hazırda Android və iOS sistemlərində belə xəbərdarlıqlar var. Amma onları asanlıqla söndürmək olur. Yeni qaydalar qəbul edilərsə, bu filtrlər sistemi tam əhatə edəcək və söndürülməsi çətin olacaq. Bu da uşaqlar üçün əlavə qoruma yaradacaq.