27 manata hədiyyə qutusu, içində 10 manatlıq məhsul belə yoxdur - Valideynlər aldadılır

Yeni İlə sayılı günlər qalıb. Bu bayrama ən çox sevinən uşaqlardır. Uşaqları sevindirmək üçün isə böyüklər onlara hədiyyə qutuları alır. Bəzən isə hədiyyə qutusunun içindən xoş olmayan sürpriz çıxır. 

meqale.com xəbər verir ki, valideynlərin sözlərinə görə, onlar bu qutuların içində nə olduğunu bilmirlər:

"Bəzən görünüşü xoş gəlir, alırıq içindən ya köhnə məhsul çıxır, ya da ucuz İran qidaları çıxır hansı ki toplam qiymət qutudan qat -qat ucuzdur. Bu da bir növ insanları aldatmaqdır. 27 manata hədiyyə qutusu aldım içindən 10 manatlıq məhsul çıxmadı heç".

Məsələ ilə bağlı tibb elmlər doktoru Adil Qeybulla bildirib ki, məhsulların tərkibini bilmədən uşaqlara vermək təhlükəlidir:

"Çünki böyüklərə nisbətən uşaqların orqanizmi daha həssasdır. Mümkün qədər uşaqları təhlükəli və təsadüfi seçilən qidalardan uzaq tutmalıyıq. Yaxşı olar ki, bu cür hədiyyələri valideynlər özləri ev şəraitində hazırlayıb özləri versinlər".

Valideynlər uşaqları sevindirmək istəyərkən təhlükəyə atmamaq üçün məhsulun üzərində olan istehsal tarixinə diqqət etmələri tövsiyə olunur.