Meloni dünya liderlərindən aldığı hədiyyələri satır - FOTO

İtaliyanın baş naziri Giorgia Meloni dünya liderlərindən aldığı 270 hədiyyəni xeyriyyə məqsədilə hərraca çıxaracaq.

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır - FOTO
İtaliyanın baş naziri Giorgia Meloni dünya liderlərindən aldığı 270 hədiyyəni xeyriyyə məqsədilə hərraca çıxaracaq.

meqale.com xəbər verir ki, təxminən 800 min avro dəyərində olan hədiyyələr Romadakı Bertolami Fine Art hərrac evində satılacaq və əldə olunan vəsait xeyriyyə təşkilatlarına yönəldiləcək.

Satışa Hindistanın baş naziri Narendra Modi, Macarıstanın baş naziri Viktor Orban, Ukrayna prezidenti Vladimir Zelenski və digər liderlərin təqdim etdiyi əşyalar daxil ola bilər.

Hərracın Miladdan əvvəl keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix hələ açıqlanmayıb.