Aktyordan Acuna cavab gəldi "Heç kimə yalvarmamışam" - FOTO

Acunun danışdığı şəxs olduğu iddia edilən aktyor Serkay Tütüncü Acun Ilıcalının "Survivor"da iştirakını istəmədiyiniz şəxs varmı?" sualına "Bir neçəsi qansız çıxdı" cavabından sonra Ilıcalını işarələyərək paylaşım edib.

Aktyordan Acuna cavab gəldi
Acunun danışdığı şəxs olduğu iddia edilən aktyor Serkay Tütüncü Acun Ilıcalının "Survivor"da iştirakını istəmədiyiniz şəxs varmı?" sualına "Bir neçəsi qansız çıxdı" cavabından sonra Ilıcalını işarələyərək paylaşım edib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur prodüser və aparıcı Acun Ilıcalı jurnalistin suallarını cavablandırıb. YouTube verilişində qonaq olan Acun Ilıcalının "Survivora kaş çağırmazdım dediyiniz biri varmı?" sualına verdiyi cavab gündəmə bomba kimi düşüb.

Ilıcalı, "Bəli, bir neçə qansız çıxdı aralarında. Uşağı məşhur etdik, bizim sayəmizdə serialda oynayır. Survivordan soruşurlar, "Survivordan soruşma" deyir."

Ona görə də zəng edib dedim ki, qardaş, maraqdan soruşuram, necə məşhurlaşmısan? 

Mən nankor adamları, qansız adamları sevmirəm. Heç kimdən təşəkkür istəmədim. Toxunduğum insanların çoxu da gözəl sözlər deyir. "İnsanlar məni baxışlarımdan anlaya bilərlər, amma mən nankorluğu bağışlamıram".

Bir müddət sonra Serkay Tütüncü susqunluğunu pozaraq "Acun Ilıcalı"nı etiketləyərək İnstaqramda hekayə paylaşıb:

"İllərdir televiziya proqramları hazırlayırsan, prodüserlik edirsən, kanal sahibi olursan və s. Verilişinə gələn və hər şeyi ona sərf edən iştirakçını qansız adlandırırsan. Bu nə biabırçılıqdır. Mən qansız deyiləm, Acun qardaş, Allaha şükür, mən sənin qapında iş dilənəcək qədər aciz deyiləm. Müsahibəmdən sonra telefon danışığımız çox aydındır. Yadımdadır, səbəblərini sizə gözəl şəkildə izah etdim..."