ABŞ yaxın həftələrdə Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir - Blinken

ABŞ yaxın həftələrdə Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla yekun plenar görüşün yekunları üzrə deyib.

"Təkcə burada deyil, həm də Avropa İttifaqındakı həmkarlarımızın iştirakı ilə bir sıra görüşlərimiz oldu. Bir neçə həftə ərzində Aİ ilə növbəti görüşün keçirilməsi gözlənilir və biz bu görüşlər vasitəsilə nail olunmasında kömək etdiyimiz dinamikadan yararlanmaq üçün bu prosesi gələn həftələrdə davam etdirməyi səbirsizliklə gözləyirik.

Həm də aydın bir anlayış var ki, biz nə qədər bir birimizlə yaxın təmasda olduqda, siz bir o qədər razılaşmanın əldə olunmasına yaxınlaşırsınız", - deyə E.Blinken qeyd edib.

Qeyd edək ki, iyunun 27-dən 29-dək ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.

meqale.com