Xəzər nefti hədəfdə: dron hücumu oldu

Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstanın ixrac neftini daşıyan iki tankerin dron hücumuna məruz qalması ilə bağlı məlumatları rəsmi şəkildə təsdiqləyib.

Xəzər nefti hədəfdə: dron hücumu oldu
Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstanın ixrac neftini daşıyan iki tankerin dron hücumuna məruz qalması ilə bağlı məlumatları rəsmi şəkildə təsdiqləyib.

meqale.com xəbər verir ki, nazirliyin açıqlaması qurumun "Telegram" kanalında yayımlanıb. Bildirilib ki, hücuma məruz qalan gəmilərdən "Matilda" Malta bayrağı, "Delta Harmony" isə Liberiya bayrağı altında üzür.

Energetika Nazirliyinin məlumatına görə, "Matilda" tankerində baş verən partlayış yanğınla nəticələnməyib. Hadisə zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb. İlkin texniki baxış nəticəsində gəminin dənizə yararlılığını saxladığı və gövdəsində ciddi zədələnmə aşkar edilmədiyi qeyd olunub.

Nazirlik həmçinin bildirib ki, "Delta Harmony" tankeri yüklənməni gözlədiyi vaxt hücuma məruz qalıb. Hadisə nəticəsində yanğın baş versə də, alov qısa müddətdə söndürülüb. Bu tankerində də ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Açıqlamada vurğulanıb ki, hücum anında "Delta Harmony" tankerinə neft yüklənməyib və yük çənləri boş olub. Bu səbəbdən Qazaxıstanın ixrac neft resurslarına hər hansı zərər dəyməyib.

Hadisə Xəzər neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan CPC marşrutunun təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirsələr də, insident regionda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. (sfera.az)