ABŞ İsrail üçün ordunu yenidən nizama salır
ABŞ İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrini yenidən nizama salacaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəsmisi Sabrina Sinqx bildirib.
Qeyd olunub ki, məsələ ilə bağlı müdafiə naziri Lloyd Ostin ABŞ-ın dərhal cavab verməyə hazır olmasını təmin etmək üçün silahlı qüvvələrin düzülüşündə bir sıra dəyişikliklər etmək məqsədilə göstəriş verəcək.