ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir
ABŞ administrasiyası gələn həftə açıqlanacağı gözlənilən Kiyevə hərbi yardım paketinə ilk dəfə olaraq tükənmiş uran mərmilərini daxil edəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, bu mərmilər yaxın həftələrdə Ukraynaya gələcək Amerikanın "Abrams" tankları üçün nəzərdə tutulacaq. ABŞ ümid edir ki, tükənmiş uran mərmiləri Ukrayna Silahlı Qüvvələrinə Rusiya tanklarına qarşı daha effektiv davranmağa imkan verəcək.