ABŞ-də doğulan uşaqlar bu halda vətəndaşlıq ala bilərlər
ABŞ-ın Merilend ştatında yerləşən federal məhkəmənin hakimi Prezident Donald Trampın ABŞ-da doğulan uşaqlara verilən vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamına qarşı ümummilli qərar verib.
meqale.com xəbər verir ki, bu qərarı Merilend Dairə Məhkəməsinin hakimi Debora Bordman açıqlayıb.
Hakim əlavə edib ki, hal-hazırda ABŞ ərazisində doğulan hər bir uşaq doğulduğu an ABŞ vətəndaşı olur.
"Bu, 160 ildir ki, ölkəmizin qanunlarına və ənənələrinə əsaslanır. Lakin Donald Tramp bunun dəyişməsini istəyir. Lakin bu qanun və ənənə hələ də qüvvədədir", - deyə D. Bordman vurğulayıb.