ABŞ-da son 17 ilin ƏN QANLI 6 AYI - Kütləvi qətllər sürətlə artır
ABŞ-da 2023-cü ilin ilk altı ayında ən azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.
meqale.com Trend-ə istinadən bildirir ki, əvvəlki antirekord 2022-ci ilin ikinci yarısında qeydə alınıb. Daha sonra ölkədə 27 belə qırğın olub.
2023-cü ildə 28 qətl hadisəsindən 27-si odlu silahdan istifadə etməklə törədilib, faciələrdən yalnız biri yandırma nəticəsində baş verib. Hadisələr nəticəsində azı 140 nəfər ölüb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkədə odlu silahlarla zorakılığı "epidemiya" adlandırmışdı. Amerikanın "Gun Violence Archive" qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə ABŞ-da baş verən atışma hadisələri 43,6 mindən çox insanın həyatına son qoyub.