Hindistanda metro yaxınlığında partlayış - 13 ölü var - YENİLƏNİB
Hindistanda, Nyu-Delhidə metro stansiyasının yaxınlığında partlayış baş verib.
meqale.com xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Məlumata görə "Qırmızı Qala" metro stansiyasının çıxışında avtomobil partlayıb. Nəticədə 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Hadisə yerinə təhlükəsizlik və təcili yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbləri araşdırılır.