ABŞ Azərbaycanın yaratdığı reallığı qəbul etdi

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin söylədikləri reallığın qəbul edilməsidir.

ABŞ Azərbaycanın yaratdığı reallığı qəbul etdi
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin söylədikləri reallığın qəbul edilməsidir.

Bunu Trend-ə Milli Məclin deputatı Musa Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycan dövləti öz ərazisində bütün vətyəndaşlarına bərabər münasibət bəsləyir, onların təhlükəsiz yaşayışını təmin edir, heç bir ayrıseçkiliyə yol vermir.

"Azərbaycan vətəndaşları olan ermənilər də hamı kimi bərabər şəraitdə təhlükəsiz mühitdə yaşaya bilərlər. Azərbaycan Respublikasının Konstitusiyası buna təminat verir. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır, qanunsuz silahlı dəstələrini, terrorçu qruplaşmalarını Azərbaycan ərazisindən çıxarmalıdır.

Ermənistanın normal dövlət kimi inkişafı Azərbaycanla normal qonşuluq münasibətlərindən keçir. Bunun üçün Azərbaycan və Ermənistan sərhədləri delimitasiya və demarkasiya etməli, sülh sazişi imzalamalı və sülh sazişində də tərəflər öhdəlik götürməlidirlər ki, bir birilərinin daxili işlərinə qarışmırlar. Azərbaycan dövləti daxili işlərini başqa heç bir dövlətlə müzakirə etmir. Ona görə də Ermənistan da reallığı qəbul etməlidir, Azərbaycanın daxili işlərinə qarışmamalıdır, sülh prosesinə əngəl olan amilləri aradan qaldırmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri bildirib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir.

meqale.com