6,3 ballıq zəlzələ oldu
Ekvadorda güclü zəlzələ olub.
meqale.com xəbər verir ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
6,3 maqnitudalı zəlzələnin yeraltı ocağı 23 kilometr dərinlikdə qeydə alınıb.
Sosial şəbəkədə yayılmış görüntülərdə bəzi yerlərdə dağıntıların olduğunu görmək olsa da, itkilər və yaralananlar barədə hələ ki, məlumat yoxdur.