40 yaşlı Şəbnəm itkin düşdü - FOTO

Gəncədə 40 yaşlı qadın itkin düşüb.

40 yaşlı Şəbnəm itkin düşdü - FOTO
Gəncədə 40 yaşlı qadın itkin düşüb.

meqale.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya itkin düşən 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızının yaxınları məlumat verib.

Bildirilib ki, qadın dünən günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

İlkin məlumata görə, qadın əsəb xəstəliyindən əziyyət çəkir. 

Evdən çıxarkən üzərində qara gödəkçə, göy rəngdə cins şalvar və ayaqlarında ağ idman ayaqqabısı olub.

Faktla bağlı polisə də məlumat verilib.