"3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik" - VİDEO

Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, o, izləyiciləri ilə maraqlı etirafını bölüşərək bildirib ki, kənddə üç ildir yaşadıqları müddətdə uşaqları xəstələnməyib:

"3 ildir burada yaşayırıq, uşaqlarımız bu müddətdə xəstələnməyib. Soyuq havada da gəzməyə çıxarmışam, qripin nə olduğunu bilmirik, viruslar yan keçir. Bakıya gedən kimi hiss edirəm ki, uşaqlar xəstələnəcək. Buradakı hava, torpaq o qədər təmizdir ki, uşaqları xəstəliklərdən qoruyur".

Sakinin bu açıqlaması sosial mediada maraqla qarşılanıb və kəndin təmiz havasının sağlamlığa faydası mövzusunda müzakirələrə səbəb olub.