Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO
Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.
Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.
meqale.com qafqazinfo-ya istinadla bu məqamda dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın ali lideri Seyid Əli Xameneiyə illər öncə elə yanındaca məsləhət xarakterli dediyi şeri təqdim edir:
Bir gün ağız qalır boş, bir gün dolu dad olur,
Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.
Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,
Amma bəxtin yatanda qohum-qardaş yad olur.
Çalış adın gələndə, rəhmət oxunsun sənə,
Dünyada səndən qalan axırda bir ad olur.
Gördün işin əyildi durma əkil, gözdən it,
Dostun görər darıxar, düşmən görər şad olur...