Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - Rəsmi
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23.01.2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.
"Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13.02.2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib.