20 yaşlı gənci mübahisə üstündə öldürən şəxs saxlanıldı - Cinayət işi açıldı

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.

20 yaşlı gənci mübahisə üstündə öldürən şəxs saxlanıldı - Cinayət işi açıldı
Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.