20 nəfərin şəhid olduğu C-130-larla bağlı qərar verildi

Azərbaycan-Gürcüstan sərhədində 20 hərbçinin şəhid olduğu C-130 tipli hərbi yük təyyarəsi qəzasından sonra Türkiyənin Müdafiə Nazirliyi (MSB) bütün C-130 təyyarələrinin uçuşlarını müvəqqəti dayandırıb.

meqale.com xəbər verir ki, nazirlik hadisənin səbəblərinin araşdırıldığını və qara qutunun Ankarada incələndiyini açıqlayıb.

Qəza zamanı təyyarədə yalnız personal və uçuş üçün lazım olan texniki avadanlıqlar olub, sursat daşınmayıb. Təyyarə 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb. Sonuncu dəfə yoxlamadan 11 sentyabr-12 oktyabr 2025-ci il tarixlərində keçib.

Xatırladaq ki, hadisə günü təyyarə əvvəlcə Kayseridən Gəncəyə hərbi personal və avadanlıq daşıyıb və təhlükəsiz eniş edib. 13:50-də təyyarə ilə son əlaqə qurulub, daha sonra radar və radio əlaqəsi kəsilib. Təyyarə 14:34-də sərhəd bölgəsində naməlum səbəbdən qəzaya düşüb.