Zirəddindən ŞOK PROQNOZ: "Bugünkü hadisələri nəzərə alsaq görərik ki..."
Məsələyə dini aspektdən yanaşsaq, dünyanın sonu 12-ci İmamın zühurundan sonra baş verməlidir.
meqale.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev dünyanın sonu haqda danışarkən deyibş
O bildirib ki, dünyada bir haqq-ədalət qurulmalıdır:
"Bir müddət xoşbəxtlik əsri olmalı və daha sonra qiyamət başlamalıdır. Qiyamət əlamətlərindən biri Günəşin Şərqdən deyil, Qərbdən doğacağıdır. Bu minvalla da dünyanın düzəni pozulacaq. Bizə məlum olan qalaktika məhv olacaq, partlayışlar baş verəcək. Dünya içindəki insanlarla, tarixi abidələrlə, ziyarətgahlarla, başqa dəyərli tarixi yerlərlə birlikdə külə çevriləcək, toz kimi sovrulub gedəcək".
Ekstrasens deyib ki, bunun hansı ilə təsadüf etdiyini heç kim deyə bilməz:
"Ümumilikdə bizə məlum olan bir şey var ki, bu, cümə günü baş verəcək. Allah dünyanı 7 günə yaradıb. Bugünkü baş verən hadisələri nəzərə alsaq görərik ki, Allah bu gözəl dünyanı dağıdası deyildi, o, insanların atdığı addımlar, imansızlıqlar sayəsində dünyanı dağıdacaq. Bunun bir neçə səbəb var: haqq-ədalətin itməsi, varlı təbəqə ilə yoxsulun hiss olunacaq dərəcədə seçilməsi, homoseksualların durmadan artması və onların "hüquqlar"ının bərpa edilməsi, qadınların qadınla, kişilərin də kişi ilə ailə qurması, müsəlmanların başlarının "Allahu-Əkbər" adı altında kəsilməsi qiyamət əlamətlərindəndir".
Z.Rzayev "dünyanın sonu yaxınlaşırmı" sualına əminliklə "bəli" cavabını verib: