"Youtube"a ekranın yarısını tutan reklamlar gəlir - Bağlamaq da olmur
"YouTube" platformasında yeni reklam formatı istifadəçilərin ciddi narazılığına səbəb olub.
meqale.com bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə videoları mobil cihazlarda izləyərkən ekranda yarım ölçüdə reklam paneli açılır və onu bağlamaq artıq mümkün deyil.
İstifadəçilər bildirir ki, xüsusilə videonu üfüqi formada izləyərkən bu reklam ekranın böyük hissəsini tutur və baxış təcrübəsini tamamilə korlayır. Reklamın bağlanma düyməsi tətbiqdən tamamilə yoxa çıxıb.
Məsələ ilə bağlı 3DNews nəşri yazır ki, YouTube hələlik bu formatın test mərhələsində olduğunu rəsmi şəkildə təsdiqləməyib, lakin bir çox istifadəçi artıq bu yeniliyi gördüyünü bildirir.
Bu, son aylarda platformanın istifadəçilərdən gələn şikayətlərlə gündəmə gələn növbəti addımıdır. Bir müddət əvvəl YouTube "Second Chance" proqramını elan etmişdi, hansı ki, bloklanmış kanalların sahiblərinə bir ildən sonra hesablarını bərpa etmək imkanı verir.
Bundan öncə isə şirkət ABŞ prezidenti Donald Trampın hesabını 2021-ci ildə bağladığı üçün 24,5 milyon dollar kompensasiya ödəməyə məcbur qalmışdı.