Yol hərəkəti təşkilinin perspektiv proqramlarının hazırlanması ilə bağlı tələblər araşdırılacaq

Nazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının hazırlanması ilə bağlı tələblərin məqsədəmüvafiqliyi araşdıracaq.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyini üç ay müddətində araşdırmalı və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. meqale.com