4 yaşında itkin düşən Əminəni atası öldürübmüş - Canlı yayımda etiraf - FOTO

1995-ci ildə, 4 yaşında itkin düşən Emine Yıldırımcanın işi 30 il sonra "Müge Anlı ilə Tatlı Sert" proqramında yenidən gündəmə gəlib.

meqale.com xəbər verir ki, Eminenin anas Raziye Yıldız canlı yayımda dəhşətli etiraf edib.

Yıldız bildirib ki, qızı ögey atası Ercan Yılmaz tərəfindən öldürülüb. Hadisə gecəsi baş verənləri gördüyünü deyən ana, illər boyu təhlükə altında olduğuna görə susduğunu açıqlayıb.

Proqramda həmçinin bildirilir ki, Emine ögey atası tərəfindən cinsi istismara məruz qalıb, sonra isə öldürülüb.

Eminenin qohumları uzun illər davam edən axtarışların nəticəsiz qalmasına görə proqram vasitəsilə ictimaiyyətin diqqətini cəlb etmək istəyiblər.

Canlı yayımda Raziye Yıldızın sözlərinə görə, qızının meyiti hissələrə ayrılaraq gizlədilib. Ana həmçinin yaşadığı zorakılıq və təhdidləri də açıqlayıb: "Ercan məni də öldürməyə çalışıb, dilimi kəlbətin ilə çəkməyə çalışıb".

Bu açıqlamalar proqramın izləyiciləri arasında böyük şok və rezonans yaradıb.