Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi.

Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi.

Zəngin proqramla yadda qalan gecə Fikrət Qocanın çoxşaxəli yaradıcılığına, onun söz dünyasına bəstələnmiş seçilmiş musiqi nümunələrinə həsr olunmuşdu. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və Əməkdar mədəniyyət işçisi, yazıçı, şair, kinodramaturq İlqar Fəhmi çıxış edərək, şairin yaradıcılığı haqqında dəyərli fikirlərini dinləyicilərlə bölüşdülər.

Konsertdə Əməkdar artist İlahə Hüseynova dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və F. Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Qrupu (xormeyster - Əməkdar artist Naala Baratelia) çıxış etdi.

Tanınmış solistlər - Əməkdar artist Almaz Orucova və Şölə Səfərəliyeva, Nurlan Əzizbəyli Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov, Boris Bayramov, , Rövşən Əziz, Humay Aslanova, Aygün Zeynalova, Taleh Yahyayev, Səbinə Əlizadə və Rəşad Həsənzadə Fikrət Qocanın sözlərinə bəstələnmiş sevilən əsərləri auditoriyaya təqdim etdilər. Gecədə, həmçinin, qiraətçilər Əliağa Tapdıqlı və Səma Muğannanın ifasında şairin poeziyasından nümunələr səsləndi.Proqram boyunca Tofiq Quliyev, Musa Mirzəyev, Oqtay Kazımi, Ramiz Mirişli, Emin Sabitoğlu, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Sevil Əliyeva,  Fərhad Bədəlbəylinin əsərləri səsləndi.

Bu bədii gecə, poeziya və musiqinin vəhdətində Fikrət Qocanın zəngin ədəbi irsinə həsr olunmuş yüksək səviyyəli bir sənət tədbiri kimi yadda qaldı və dinləyicilərdə dərin emosional təsir buraxdı.