Yeni Klinikada Robotik Cərrahiyyə Mərkəzi yaradılacaq
İlin sonuna qədər Yeni Klinikada Robotik Cərrahiyyə Mərkəzi yaradılacaq.
meqale.com xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı ilə bağlı brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, robotik cərrahiyyə bir çox xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin əməliyyatla müalicəsində geniş istifadə olunur.