Yaşlı qadın həyətində faciəvi şəkildə öldü - FOTO
Ağstafa sakini bədbəxt hadisə nəticəsində ölüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yenigün kənd sakini 1951-ci il təvəllüdlü Gülavatın Qəhramanova həyətlərindəki su quyusuna düşüb.
Hadisədən gec xəbər tutan yaxınları qadını çıxarmağa çalışsa da, 74 yaşlı G.Qəhrəmanova həlak olub.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma başladılıb.
Xatırladaq ki, noyabrın 16-da Bərdədə oxşar hadisə qeydə alınıb. 3 yaşlı Ayaz Cəfərov həyətlərində yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.