Yaşlı kişini avtomobil vurub
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com "report"a istinadən bildirir ki, avtomobil yolu keçən 63 yaşlı Rüstəmov Məhəmməd Yolçu oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.