Yaşayış binası uçdu, 12 nəfər öldü

Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.

Yaşayış binası uçdu, 12 nəfər öldü
Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə baş verib. Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin səbəbi barədə bilgi verilməyib.