"Real" stadionunun adını və loqosunu DƏYİŞDİ - FOTO

Madrid təmsilçisi "Real Madrid" ev stadionunun yeni adını və loqotipini ictimaiyyətə təqdim edib.

Madrid təmsilçisi "Real Madrid" ev stadionunun yeni adını və loqotipini ictimaiyyətə təqdim edib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, stadion bundan sonra sadəcə "Bernabeu" adlanacaq.

Yeni loqotipdə şaquli lentlə kəsişən dörd paralel xəttdən ibarət stadion silueti əks olunub.

Klub rəhbərliyi ad dəyişikliyinin korporativ və marketinq məqsədləri daşıdığını bildirib.