Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"

Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fəsadlara yol açıb.

Yağış sakinləri acınacaqlı duruma saldı:
Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fəsadlara yol açıb.

Güclü yağıntıların yaratdığı sel suları bir çox yaşayış evini basıb, sakinləri çətin vəziyyətə salıb.

"Əlil övladım suyun içində qalmışdı, onu güclə çıxarmışam. Bizimlə heç kim maraqlanmır", - deyə sakin qeyd edib.

"Yoldaşım xəstədir, qonşuların köməkliyi ilə onu evdən çıxartdıq. Uşaqların ikisi itib, bilmirik ki, kim aparıb. Uşaqların məktəb əşyaları, hər şey suyun içində qalıb. Yeməyə çörəyimiz də yoxdur", - deyə başqa bir sakin bildirib.