XİN başçısı britaniyalı həmkarı ilə görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.
"Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", - deyə məlumatda qeyd olunub.
meqale.com