Xəstəxanaya yerləşdirilən Madonnanın vəziyyəti necədir?
Xəbər verdiyimiz kimi, məşhur müğənni Madonna bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
meqale.com axşam.az-a istinadən bildirir ki, infeksiyadan müalicə olunduqdan sonra xəstəxanadan daha əvvəl buraxılan ulduz hələ də özünü pis hiss edir. İfaçının yataqdan qalxmadığı bildirilib. Bu barədə müğənniyə yaxın mənbələr "TMZ"yə məlumat verib.
Nəşrin məlumatına görə, hazırda Nyu-Yorkdakı evində olan 64 yaşlı müğənni hələ də davamlı ürəkbulanmalardan əziyyət çəkir. Həmçinin Madonna hələ də yataqdan qalxa bilmir.