Xalq artisti şəhid analarına səsləndi: “Sizinlə bir vətənin..." - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayeva Zəfər bayramına həsr olunmuş "Mənim oğlum qəhrəmandır" adlı layihə çərçivəsində çıxış edib.
meqale.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində paylaşım edib. İfaçı fikirlərini bu cür ifadə edib:
"Qəhrəman şəhidlərimiz vətənimizə fəda, bizə isə əziz dost olublar. Özlərindən sonra dərdlə yoldaş olan analarını isə xalqa əmanət etdilər... Mən sizinlə bir vətənin övladı olduğum üçün qürur duyuram, əziz şəhid anaları!".
Tədbirin təçkilatçılarından "Fire Land Production"ın rəhbəri Cəlal Qurbanov da Xalq artistinin çıxışı ilə bağlı fikirlərini bölüşüb.