Xabi Alonso Arda Gülerdən üzr istədi
"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının "Olimpiakos"la keçirilən oyunundan sonra etdiyi dəyişikliklə bağlı futbolçusu Arda Gülerdən üzr istəyib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3:4 hesabı ilə başa çatan qarşılaşmada sarı kart alan gənc oyunçunun əvəzlənməsi Alonso tərəfindən səhv qərar kimi qiymətləndirilib.
Məşqçi matçdan sonra Ardanın yanına gələrək, 60-cı dəqiqədə onu Cud Bellinqemlə əvəz etdiyinə görə təəssüfünü bildirib: "Səni oyundan çıxarmamalıydım", - deyə o, futbolçuya üzrxahlığını çatdırıb.