Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.
meqale.com "Qafqazinfo"ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.