“Ümid 2026” incəsənət müsabiqəsi keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə "Ümid 2026" incəsənət müsabiqəsi keçiriləcək. İki gün davam edəcək müsabiqə 10-11 yanvar tarixlərində Bakı şəhərində, Dövlət Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Müsabiqə çərçivəsində iştirakçılar müxtəlif incəsənət sahələri üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Proqrama estrada və klassik vokal, xalq və klassik musiqi alətləri, müasir və klassik rəqslər, təsviri incəsənət, bədii qiraət, folklor və digər istiqamətlər daxildir. Bütün çıxışlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Aziz Azizov tədbirin əhəmiyyətindən danışaraq bildirib: "Bu festival uşaqlarda və gənclərdə mədəniyyətin müxtəlif sahələrinə marağın artırılmasına, yaradıcı qabiliyyətlərin inkişafına, yeni istedadların aşkar olunmasına və dəstəklənməsinə xidmət edir. Bu yolda uşaqlara və gənclərə dəstək verdiyimiz üçün çox məmnunuq".

Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar Qran-pri və mükafat diplomları ilə təltif olunacaqlar.