Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord dərəcədə artıb
Son bir həftədə Türkiyənin beynəlxalq valyuta ehtiyatları 8,5 milyard dollar artaraq ölkə tarixində ən yüksək səviyyəsinə çatıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində maliyyə naziri Mehmed Şimşək yazıb.
Nazir bildirib ki, hökumət valyuta ehtiyatlarının artırılması istiqamətində səyləri sürətləndirəcək. O qeyd edib ki, Türkiyə Mərkəzi Bankının analitik məlumatları xalis valyuta ehtiyatlarının 8,5 milyard dollar artdığını təsdiqləyir ki, bu da ölkə tarixində ən böyük həftəlik artımdır.