Türkiyədəki zəlzələdə 23 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.

Türkiyədəki zəlzələdə 23 nəfər yaralanıb
Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "X" ("Twitter") sosial şəbəkəsində bildirib.

"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o qeyd edib.

O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.