Türkiyədə ilk dəfə Kipr Sülh Əməliyyatı zamanı çəkilmiş bəzi fotoşəkillər paylaşılıb - FOTO
Türkiyənin Milli Müdafiə Nazirliyi ilk dəfə olaraq Kipr Sülh Əməliyyatı zamanı çəkilmiş bəzi fotoşəkilləri yayımlayıb.
meqale.com xəbər verir ki, nazirlik sosial media hesabında şəkilləri paylaşaraq bunları yazıb:
"Aralıq dənizində irqimin bir sevinci var. Vətənimin Mersindən o tərəfə də davamı var".