Türkiyədə FETÖ əməliyyatı - Polis rəisi saxlanıldı
Türkiyənin İstanbul və Ankara şəhərlərində FETÖ üzvlərinə qarşı əməliyyat davam etdirilir.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
"Əməliyyatlar çərçivəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında FETÖ-dən xaric edilən polis rəisi, 1 vəkil və 5 polis əməkdaşı var", - nazir bildirib.