Türkiyə-İran quru yolu bağlandı - Səbəb
Türkiyə-İran quru yolunda hərəkət dayandırılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, buna səbəb şiddətli yağışdan sonra Ağrı şəhərində yaranan seldir.
Türkiyə-İran quru yolunda uzun tıxac yaranıb.
Sel nəticəsində yaxınlıqdakı bəzi kənd təsərrüfatı ərazilərinə də ziyan dəyib.