Trampa 400 milyonluq hədiyyə verəcəklər
ABŞ prezidenti Donald Trampa milyonlarla dollarlıq hədiyyə ediləcəyi barədə xəbərlər dolaşır.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Qətər rəsmiləri ona 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini hədiyyə edib-etməmək barədə qərar verə verməyiblər.
Bu haqda Qətərin ABŞ-dəki mətbuat attaşesi Əli Əl-Ansari danışıb.
Hazırda məsələnin nəzərdən keçirildiyi bildirilib.
ABŞ-nin "ABC" telekanalı da Trampın Qətər kral ailəsindən hədiyyə olaraq, Boeing 747-8 təyyarəsini almağa hazırlaşdığı barədə xəbər vermişdi.
Təyyarənin gələn həftə təhvil verilə biləcəyi də məlumatda yer alıb.