Tramp özündən çıxdı: “Dəhşətli bir insansan, üz qarasısan”
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlmanı Ağ Evdə qəbul etdikdən sonra brifinq keçirib. Jurnalist ondan milyarder Cefri Epşteynlə bağlı sənədlərdə adının keçdiyi ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyib. Tramp jurnalisti "Dəhşətli bir insan, pis jurnalistsən. Üz qarasısan" sözləri ilə tənqid edib və ABC telekanalının "yayım lisenziyasının ləğv edilməli olduğunu" bildirib.
meqale.com xəbər verir ki, mətbuat brifinqində jurnalist Trampa fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən və 2019-cu ildə həbsxanada ölü tapılan Cefri Epşteynə aid məhkəmə sənədlərində adının keçib-keçmədiyi haqqında sual ünvanlayıb. Sual Trampı qəzəbləndirib.
Trump jurnalistə belə cavab verib: "Siz yalancı xəbər istehsal edirsiniz. Heç bir etibarlılığınız yoxdur. Gedin, Epşteynən pul alan demokratları araşdırın."
Cefri Epşteyn ən gənci 14 yaş olmaqla, çoxsaylı azyaşlı qızlara cinsi istismar və
fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuşdu.
2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Həbsxanasında kamerasında ölü tapılmışdı.
Epşteynə dair açıqlanan sənədlərdə bir sıra tanınmış şəxslərin adları yer alıb:
Lakin FBI və ABŞ Ədliyyə Nazirliyinin birgə araşdırmasında "məşhurlardan ibarət gizli müştəri siyahısı"na dair heç bir dəlilə rast gəlinmədiyi, Epşteynin sui-qəsd nəticəsində deyil, sui-qəsd etməsi ilə bağlı nəticəyə varılmışdı.
ABŞ jurnalisti Tuker Karlson Epşteynin "İsrail üçün işlədiyini" və bunun Vaşinqtonda bilindiyini, sadəcə açıq şəkildə deyilmədiyini iddia etmişdi.