Tramp Maduronun əli qandallı FOTOsunu paylaşdı
ABŞ Prezidenti Donald Trampın "Truth Social" hesabında paylaşdığı son fotoşəkil, devrilmiş Venesuela lideri Nikolas Maduronun ABŞ hərbi nəzarətindəki ilk görüntüsü kimi tarixə düşüb.
meqale.com xəbər verir ki, bu görüntü Maduronun artıq ölkədən çıxarıldığını və ABŞ-ın "USS Iwo Jima" hərbi gəmisində saxlanıldığını təsdiqləyir.
Trampın paylaşdığı fotoda Nikolas Maduro boz rəngli idman dəsti geyinib.
Gözündə qara rəngli yuxu maskası və qulağında səs kəsici qulaqlıqlar var. Bu, adətən məhbusların transferi zamanı onların sensor qavrayışını məhdudlaşdırmaq üçün tətbiq edilən standart prosedurdur.
Əlində kiçik plastik su şüşəsi tutub və qolundan ABŞ Narkotiklə Mübarizə İdarəsinin (DEA) agenti tutub.
Nikolas Maduro gəminin adi kabinlərində deyil, xüsusi mühafizə olunan hissəsində saxlanılır.
Maduro gəminin "Brig" adlanan hərbi həbsxana bölməsindədir. Bura poladla möhkəmləndirilmiş hücrələrdən ibarətdir.
O, gəmidəki 1600-dən çox dəniz piyadası (Marines) arasından seçilmiş xüsusi mühafizə qrupu tərəfindən 24 saat fasiləsiz izlənilir.