Tramp Ərəbistanda nə edəcəyini bilmədi - VİDEO
ABŞ prezidenti Donald Tramp Körfəz ölkələrinə ilk səfərini həyata keçirib.
meqale.com xəbər verir ki, səfərin ilk dayanacağı olan Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla baş tutan görüş zamanı maraqlı anlar yaşanıb.
Səudiyyə Ərəbistanına məxsus qonaqpərvərlik ənənəsi çərçivəsində Trampa qəhvə təklif edilib. Lakin ABŞ prezidenti görünür ki, yerli adət-ənənələrdən xəbərsiz olub. O, fincanı qəbul etsə də, nə içib, nə də geri vermək üçün doğru davranışı nümayiş etdirə bilib.
Trampın bir neçə saniyəlik çaşqınlığı kameralara da əks olunub. Görüş zamanı bu səhnə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.