Tikinti şirkəti Binada insanlar yaşaya-yaşaya SÖKÜNTÜ apardı... - VİDEO
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayış ola-ola özəl şirkətlərdən biri söknt işləri aparır.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki,sakinlər iddia edirlər ki, tanımadıqları şəxslər onları binadan zorla çıxarmağa çalışır.
Binada yaşayan sakinlər söklən mənzillərin qarşılığında onlara heç bir kompensasiyanın təqdim olunmadığını və sənəd zərində hər hansı bir razılaşmanın edilmədiyini bildirirlər.
"Bəzi mənzillər məhkəmə qərarı ilə toxunulmaz elan edilsə də, buna məhəl qoyan yoxdur".
Evindən didərgin dşən sakinlərin problemini işıqlandırmağa gedən çəkiliş qrupumuz da təzyiqə məruz qaldı. Özünü "İnvest Construction MMC" şirkətinin əməkdaşı kimi təqdim edən şəxs bizdən ərazidən çıxmağı tələb etdi.
Sakinlərin ərazidən çıxmadığını görən şirkət əməkdaşı onlara qarşı zor tətbiq etməyə çalışdı.
"Xəzər Xəbər" ərazidə söküntü işləri aparan "İnvest Construction MMC" şirkəti ilə əlaqə saxlayıb.
Şirkət binanın qəzalı vəziyyətdə olduğu üçün söküldüyünü və sakinlərə mənzillərinin qarşılığında bazar qiymətinə uyğun ödəniş verməyə hazır olduğunu bildirdi.
Digər suallarımız isə cavabsız qaldı.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.